Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub
Qarabağ
19 İyun , 2017 13:05
Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 19-da Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefani Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi