Yuxarı
    Bağlamaq

    Azərbaycanda ilk dəfə nazir işğaldan azad olunmuş ərazidə qəbul keçirəcək

    Qəbul fevralın 23-də olacaq
    Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi

    Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanda ilk dəfə nazir işğaldan azad olunmuş ərazidə vətəndaşlar üçün qəbul keçirəcək.

    “Report” xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.

    Qəbul fevralın 23-də olacaq.

    Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. Lakin həmin kəndə aid Lələ təpə yüksəkliyi erməni işğalçılarının əlində qaldığından Cocuq Mərcanlıda yalnız bir azərbaycanlı ailəsi yaşayırdı. 2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Bundan sonra kənd yenidən qurulub, burada yeni evlər tikilib, müvafiq infrastrukturun tikintisi aparılıb, əhali kəndə köçüb. Keçən il iyunun 17-də Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi