Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Elmar Məmmədyarov arasında telefon danışığı olub.
"Report" Rusiya XİN-ə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll üzrə aparılan danışıqları müzakirə ediblər.