Yuxarı

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü bu aya planlaşdırılır

​Azərbaycan və Ermənistan XİN başçılarının görüşü bu aya planlaşdırılı

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti görüşü yanvar ayına planlaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

“Görüşün bu il, çox güman, bu ayın sonunadək keçirilməsini planlaşdırırıq. Dünən Kaspşik ilə görüşdük və bu məsələni müzakirə etdik. Həmsədrlər ilin əvvəlində görüş təklif edirlər və Azərbaycan tərəfi danışıqların davam etdirilməsi fikri ilə tam razıdır”, - E.Məmmədyarov deyib.

Onun sözlərinə görə, görüşün yeri və vaxtı dəqiqləşdirilir.

Qarşıdakı görüş zamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin növbəti tarixi müəyyənləşdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi