Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB Görüşdə həmsədrlərin oktyabrda Dağlıq Qarabağa səfəri barədə razılıq əldə edilib
Qarabağ
23 Sentyabr , 2017 23:52
Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB

Bakı. 23 sentyabr. REPORT.AZ/ Görüş zamanı Minsk Qrupu həmsədrlərinin oktyabrda Dağlıq Qarabağa səfəri barədə razılıq əldə edilib.

Habelə görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması ilə bağlı məsələ müzakirə edilib.  


***21:15

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Eduard Nalbandyanın görüşü başlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Ermənistanın Xarici İşlər Nazirliyinin "Twitter" hesabında yayılıb.

Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edir.

Görüşdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi