ATƏT nümayəndələri Tərtər İcra Hakimiyyətində olublar

ATƏT nümayəndələri Tərtər İcra Hakimiyyətində olublar Tərtər. 13 fevral. REPORT.AZ/ Bu gün Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək ATƏT nümayəndələri Tərtər Rayon İcra Hakimiyyətində (RİH) olublar.
Qarabağ
13 Fevral , 2019 11:56
ATƏT nümayəndələri Tərtər İcra Hakimiyyətində olublar
0 : 00
0 : 00

Tərtər. 13 fevral. REPORT.AZ/ Bu gün Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək ATƏT nümayəndələri Tərtər Rayon İcra Hakimiyyətində (RİH) olublar.

"Report"un Qarabağ bürosunun məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller Tərtər RİH başçısı Müstəqim Məmmədovla görüşüblər.

Görüş zamanı M.Məmmədov ATƏT nümayəndələrinə bildirib ki, erməni hərbçiləri Azərbaycan ordusunun mövqeləri ilə bərabər yaşayış məntəqələrini də atəşə tutur. Nəticədə mülki əhali təsərrüfat işləri ilə məşğul olmaqda çətinlik çəkir.

Daha sonra ATƏT nümayəndələri təmas xəttinə yollanıb.

Qeyd edək ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail OlaruSaymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi PetrikaOqnyen Yoviç aparacaqlar.

Son xəbərlər

Orphus sistemi