ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir Həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər
Qarabağ
27 Mart , 2017 16:35
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir

Bakı. 27 mart. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri – Riçard Xoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kaspişiklə görüşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Xarci İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

İnformasiyaya əsasən, həmsədrlər Azərbaycanda keçirdikləri görüşdən danışıblar. Tərəflər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi istiqamətində əldə edilən razılaşmaların reallaşmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri martın 11-də Azərbaycanda səfərdə olublar.

Son xəbərlər

Orphus sistemi