Yuxarı

ABŞ səfiri: "Nazirlərin Dağlıq Qarabağla bağlı yeni görüş barədə razılığa gəlməsi bizi sevindirir"

​ABŞ səfiri: "Nazirlərin yeni görüşlə bağlı razılığı bizi sevindirir"

"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarının ABŞ-da keçirilməsindən razı qaldıq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer deyib.

Onun sözlərinə görə, görüşün məqsədi sülh danışıqları yolu ilə nizamlama üzrə danışıqların davam etdirilməsinin dəstəklənməsi olub: "Nazirlərin Dağlıq Qarabağla bağlı yeni görüş keçirilməsi barədə razılığa gəlməsi bizi sevindirir".

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının son görüşü bu il iyunun 20-də Vaşinqtonda keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi