Yalçın Rəfiyev: COP29-un Liderlər Sammiti müzakirələrin gələcək siyasi istiqamətini müəyyən etməyə imkan verib

Yalçın Rəfiyev: COP29-un Liderlər Sammiti müzakirələrin gələcək siyasi istiqamətini müəyyən etməyə imkan verib COP29-un Liderlər Sammiti konfransın növbəti iki həftəsi üçün siyasi istiqamətin müəyyən edilməsində mühüm fürsət oldu.
COP29
14 Noyabr , 2024 14:20
Yalçın Rəfiyev: COP29-un Liderlər Sammiti müzakirələrin gələcək siyasi istiqamətini müəyyən etməyə imkan verib

COP29-un Liderlər Sammiti konfransın növbəti iki həftəsi üçün siyasi istiqamətin müəyyən edilməsində mühüm fürsət oldu.

“Report” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bu gün COP29-un mətbuat konfransında bildirib.

O xatırladıb ki, sammitdə iqlim dəyişikliyi sahəsində konsensusa nail olmaq və fəaliyyətə təkan vermək kimi ortaq hədəfi olan 80 dünya lideri, o cümlədən dövlət və hökumət başçıları iştirak edib.

"Biz (COP29 komandası) konfrans çərçivəsində xüsusi tədbir təşkil edərək inkişaf etməkdə olan kiçik ada dövlətlərinin səsinin ən yüksək səviyyədə eşidilməsi üçün xüsusi səy göstərdik. Biz iqlim dəyişikliyinin nəticələri ilə mübarizənin ön cəbhəsində olan icmaların nümayəndələrini dinlədik. Onlar bərpa olunmaz itkilərdən danışaraq bizə ambisiyaların artırılması və fəaliyyətin gücləndirilməsi planının həyata keçirilməsinin vacibliyini xatırladıblar, eləcə də uğur qazanmaq üçün kollektiv səylərin lazım olduğunu bildiriblər", - Y.Rəfiyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi