UNODC: Ətraf mühitə zərər verən fəaliyyətləri dayandırmaq üçün hər vasitədən istifadə edilməlidir

UNODC: Ətraf mühitə zərər verən fəaliyyətləri dayandırmaq üçün hər vasitədən istifadə edilməlidir Ətraf mühitə zərər verən qanunsuz fəaliyyətləri dayandırmaq və qarşısını almaq üçün bütün vasitələrdən istifadə edilməlidir.
COP29
16 Noyabr , 2024 12:09
UNODC: Ətraf mühitə zərər verən fəaliyyətləri dayandırmaq üçün hər vasitədən istifadə edilməlidir
Qada Fəthi Vali

Ətraf mühitə zərər verən qanunsuz fəaliyyətləri dayandırmaq və qarşısını almaq üçün bütün vasitələrdən istifadə edilməlidir.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) icraçı direktoru Qada Fəthi Vali COP29 çərçivəsində təşkil olunmuş "Antropogen iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək üçün maliyyə kəşfiyyatının İmkanları" mövzusunda tədbirdə bildirib.

"Bu mənada maliyyə kəşfiyyatı əlimizdəki ən vacib vasitələrdən biridir. Yuridiksiyalar üzrə çirkli pulların yuyulması ilə mübarizə səylərimizi gücləndirməklə, biz cinayətkarların ətraf mühitin mühafizəsi qaydalarını pozmasının və yaxud iqlim fondlarını başqa istiqamətə yönəltməsinin qarşısını ala bilərik. Biz ətraf mühitə ziyan vuran cinayət fəaliyyətini dayandıra və onun gəlirlərini müsadirə edə bilərik", - deyə o qeyd edib.

Bundan başqa, qonaq deyib ki, mütəşəkkil cinayətkar qrupların planeti istismar etməklə böyük gəlir əldə etməsinin qarşısını almaq olar: "Ətraf mühitə təsir edən cinayətlər, geniş cinayət şəbəkələri mürəkkəb qeyri-qanuni iqtisadiyyatın bir hissəsidir. Qeyri-qanuni ağacların kəsilməsi, vəhşi təbiətin izlənilməsindən tutmuş qeyri-qanuni mədənçıxarma, tullantıların atılması və s. qədər cinayətlər ekosistemləri və iqlimə davamlılığı pozur. Onların fəaliyyəti insan alveri və istismarının digər formaları, habelə çirkli pulların yuyulması ilə üst-üstə düşür".

BMT rəsmisi qeyd edib ki, müsbət impullslar da var: "2021-ci ildə UNODC çirkli pulların yuyulması, ətraf mühitə təsir edən cinayətlər üzrə ilk beynəlxalq təşəbbüsə həmsədrlik edib. Təşəbbüs hər bir ölkənin çirkli pulların yuyulması risklərini qiymətləndirməsinin zəruriliyini vurğulayıb, bu cinayətlərdən əldə edilən gəlirləri izləmək və müsadirə etmək üçün güclü hüquqi baza hazırlamaq üçün təlimat verib".

Son xəbərlər

Orphus sistemi