UNEP rəsmisi: "Rəqəmsal texnologiyalar 2030-cu ilə qədər bəzi sektorlarda emissiyaları 10-20 % azalda bilər"

UNEP rəsmisi: "Rəqəmsal texnologiyalar 2030-cu ilə qədər bəzi sektorlarda emissiyaları 10-20 % azalda bilər" Rəqəmsal texnologiyalar sayəsində 2030-cu ilə qədər enerji, nəqliyyat və kənd təsərrüfatı kimi yüksək təsirli sektorlarda emissiyalarda 10-20 % azalma əldə edilə bilər.
COP29
16 Noyabr , 2024 11:30
UNEP rəsmisi: Rəqəmsal texnologiyalar 2030-cu ilə qədər bəzi sektorlarda emissiyaları 10-20 % azalda bilər

Rəqəmsal texnologiyalar sayəsində 2030-cu ilə qədər enerji, nəqliyyat və kənd təsərrüfatı kimi yüksək təsirli sektorlarda emissiyalarda 10-20 % azalma əldə edilə bilər.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen COP29 çərçivəsində keçirilən "Yaşıl rəqəmsal fəaliyyət" üzrə yüksəksəviyyəli dəyirmi masada deyib.

O bildirib ki, rəqəmsal texnologiyaların və süni intellektin istixana qazlarının azaldılması strategiyasına daxil edilməsi böyük zərurətə çevrilib: "Rəqəmsal texnologiyalar emissiyaların azaldılmasında böyük potensiala malikdir. Bundan əlavə, rəqəmsal texnologiyalarla azaldılan emissiyalar bu texnologiyaların yaratdığı emissiyalardan yeddi dəfə çoxdur. Həmçinin dünən biz tərəfdaşlarımızla birlikdə peyk əsasında məlumatlarla işləyən Metan Məlumat Platformasını işə saldıq. Bu platforma metan emissiyalarının yerlərini müəyyən edir, müvafiq xəbərdarlıqlar verir və emissiya edən tərəflərə bu istiqamətdə tədbirlər görməyə imkan verir".

İ. Andersen qeyd edib ki, bu, Beynəlxalq Metan Emissiyaları Rəsədxanası vasitəsilə həyata keçirilir, peyk təsviri, qabaqcıl süni intellekt texnologiyası və müstəqil məlumat təhlili kombinasiyasından istifadə edərək real vaxt rejimində məlumat verir".

Son xəbərlər

Orphus sistemi