İqlim məsələsi milyonların ürəyinə xitab edən futbol üçün mühüm əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, "Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözəl klubun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar ilə təşkil olunmuş görüşdə deyib.
İndiyə qədər bəşəriyyətin ətraf mühitdən və ekologiyadan maksimum fayda əldə etmək üçün istifadə etdiyini diqqətə çatdıran klub prezidenti qeyd edib ki, burada bütün bu məsələlər, planetin gələcəyi müzakirə edilir: "Bütün dünya buradadır. “Qarabağ” FK-nın prezidenti kimi fəxr edirəm ki, biz İqlim üçün Futbol Klubları Alyansının yaradılması təşəbbüsünü irəli sürmüşük. Burada iştirak edən dünyanın ən prestijli komandalarına təşəkkür edirəm".