Şahin Bağırov: "Gömrük xidmətləri əməliyyatlarını ekoloji baxımdan səmərəlilik prinsiplərinə uyğun qurmalıdır"

Şahin Bağırov: "Gömrük xidmətləri əməliyyatlarını ekoloji baxımdan səmərəlilik prinsiplərinə uyğun qurmalıdır" Gömrük xidmətləri olaraq iqlim dəyişiklikləri ilə bağlı mühitə uyğunlaşmaq üçün əməliyyatlarını ekoloji baxımdan səmərəlilik və davamlılıq prinsipləri üzərində təşkil etməlidirlər.
COP29
20 Noyabr , 2024 16:01
Şahin Bağırov: Gömrük xidmətləri əməliyyatlarını ekoloji baxımdan səmərəlilik prinsiplərinə uyğun qurmalıdır
Şahin Bağırov

Gömrük xidmətləri olaraq iqlim dəyişiklikləri ilə bağlı mühitə uyğunlaşmaq üçün əməliyyatlarını ekoloji baxımdan səmərəlilik və davamlılıq prinsipləri üzərində təşkil etməlidirlər.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov COP29 çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda tədbirdə deyib.

O bildirib ki, DGK iqlim dəyişikliyi ilə mübarizədə ətraf mühitin qorunması, ekoloji risklərin idarə olunması və beynəlxalq standartların tətbiqi üzrə davamlı islahatlar həyata keçirir: "Xüsusilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) bu sahədə beynəlxalq standartları inkişaf etdirərək qanuni ticarətin asanlaşdırılması, o cümlədən gömrük nəzarətinin tətbiqi üzrə mexanizmlərin işlənib hazırlanmasında vacib rola malikdir və üzv dövlətlərin səmərəli fəaliyyətinə əvəzsiz töhfə verməkdədir. DGK ÜGT-nin tullantıların, eləcə də ozon qatını dağıdan maddələrin qeyri-qanuni transsərhəd daşınması ilə mübarizə üzrə Birgə Gömrük Əməliyyatı olan DEMETER əməliyyatlarında iştirak edib".

DGK sədri qeyd edib ki, Ümumdünya Gömrük Təşkilatının "Yaşıl Gömrük" konsepsiyası bu konteksdə xüsusilə önəmlidir: "Gömrük idarəçiliyi sahəsində ekoloji məsuliyyət və dayanıqlılığı təşviq etmək məqsədilə yaradılan bu konsepsiya gömrük orqanlarının ətraf mühitin mühafizəsində və ekoloji problemlərin həllində mühüm rol oynamasını hədəfləyir. Əsas məqsəd ekoloji cəhətdən həssas malların qanuni ticarətini asanlaşdırmaqla yanaşı bu sahədə qeyri-qanuni ticarətin aşkar edilməsi və qarşısının alınmasıdır".

Son xəbərlər

Orphus sistemi