Rumen Radev: "Bolqarıstan Azərbaycanı COP29-un ev sahibi kimi dəstəkləyir”

Rumen Radev: "Bolqarıstan Azərbaycanı COP29-un ev sahibi kimi dəstəkləyir” Bolqarıstan Azərbaycanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi dəstəkləyir.
COP29
10 Dekabr , 2023 15:31
Rumen Radev: Bolqarıstan Azərbaycanı COP29-un ev sahibi kimi dəstəkləyir”

Bolqarıstan Azərbaycanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi dəstəkləyir.

“Report”un Serbiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev jurnalistlərə açıqlamasında bildirib.

R.Radev qeyd edib: “Bildiyiniz kimi, Rusiya Avropa ölkələrindən hər hansı birinin namizədliyinə qadağa qoyub. Yeganə həll yolu Azərbaycan və ya Ermənistanın ev sahibi olmasıdır. Biz sizin ölkənizin namizədliyinə sevinirik və onu dəstəkləyirik”.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib.. Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdür. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri çəkmişdir. Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib.

Son xəbərlər

Orphus sistemi