Maya Sandu: Moldova iqlim həllərinin axtarılmasında beynəlxalq ictimaiyyətlə əməkdaşlığı hədəfləyib
Maya Sandu: Moldova iqlim həllərinin axtarılmasında beynəlxalq ictimaiyyətlə əməkdaşlığı hədəfləyibMoldova iqlim böhranının həlli yollarının axtarılmasında beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməyi hədəfləyib.
Moldova iqlim böhranının həlli yollarının axtarılmasında beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməyi hədəfləyib.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən COP29 iqlim konfransında iştirak edən Moldova Prezidenti Maya Sandu “X” sosial şəbəkəsində yazıb.
“Bakıda keçirilən COP29-da dünya liderlərinə qoşulmaq mənim üçün böyük şərəfdir. Moldova - xalqımız və kənd təsərrüfatımız iqlim problemlərindən çox əziyyət çəkir. Bizim ölkəmiz kimi həssas ölkələrin iqlim dəyişikliyi ilə bağlı problemlərlə təkbaşına qalmaması üçün həll yollarının axtarılmasında dünya birliyi ilə əməkdaşlıq etməyi hədəfləmişik”, - o yazıb.
Honoured to join leaders in Baku for #COP29. Moldova—our people and agriculture—are highly exposed to climate challenges, and we’re committed to working with the global community for solutions, so that vulnerable countries like ours are not alone in the face of climate change. pic.twitter.com/nEHKirbTLZ