Keniya nümayəndəsi: "Azərbaycanda keçiriləcək COP29 ilə bağlı böyük gözləntilər var”

Keniya nümayəndəsi: "Azərbaycanda keçiriləcək COP29 ilə bağlı böyük gözləntilər var” Azərbaycanda keçiriləcək COP29 ilə bağlı böyük gözləntilər var, ideya və planlardan real fəaliyyətə keçməyin vaxtıdır.
COP29
12 Dekabr , 2023 12:13
Keniya nümayəndəsi: Azərbaycanda keçiriləcək COP29 ilə bağlı böyük gözləntilər var”

Azərbaycanda keçiriləcək COP29 ilə bağlı böyük gözləntilər var, ideya və planlardan real fəaliyyətə keçməyin vaxtıdır.

“Report”un Dubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Keniya nümayəndəsi Cozef Njuquna deyib.

“Mən Azərbaycanın COP29-a ev sahibliyi etməsini dəstəkləyirəm. Biz ideya və planlardan real fəaliyyətə keçməliyik. Görmək istədiyimiz məhz budur”, - o qeyd edib.

Onun sözlərinə görə, vədlərdən real işə keçməyin vaxtı yetişib: “Biz ilk növbədə inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsindən danışırıq. İndi biz yalnız maliyyə ayrılması ilə bağlı vədlər eşidirik, lakin bu, kifayət deyil. Bu mübarizəni aparmaq üçün bizə real maliyyə vəsaiti lazımdır”.

C.Njuquna bildirib ki, Afrika ölkələri əslində qlobal istiləşməyə görə böyük çətinliklərlə üzləşəcək və onun nəticələrindən ən az qorunan da məhz bu qitənin dövlətləridir: “Gözləntilərimizlə reallıq arasında çox böyük uçurum var. Ümid edirəm ki, Azərbaycanda keçiriləcək COP29-da iştirak etmək və ölkəmizi təmsil etmək fürsəti əldə edə biləcəyəm”.

O əlavə edib ki, Keniya iqlim təşəbbüslərinin irəli sürülməsi ilə bağlı öndə olan ölkələrdən biridir.

Qeyd edək ki, dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının - COP29-un 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi rəsmən elan edilib.

Son xəbərlər

Orphus sistemi