"İqlim Skaneri": Beynəlxalq maliyyəyə ən çox ehtiyacı olan ölkələrin ona çıxış imkanları azdır

"İqlim Skaneri": Beynəlxalq maliyyəyə ən çox ehtiyacı olan ölkələrin ona çıxış imkanları azdır Beynəlxalq maliyyəyə ən çox ehtiyacı olan ölkələrin ona çıxış imkanları azdır.
COP29
14 Noyabr , 2024 13:12
İqlim Skaneri: Beynəlxalq maliyyəyə ən çox ehtiyacı olan ölkələrin ona çıxış imkanları azdır

Beynəlxalq maliyyəyə ən çox ehtiyacı olan ölkələrin ona çıxış imkanları azdır.

"Report" xəbər verir ki, bu barədə Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində açıqlanmış "ClimateScanner" ("İqlim Skaneri") layihəsinin nəticələrində bildirilir.

Nəticələr COP29 çərçivəsində təşkil olunmuş “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə ictimailəşdirilib.

Nəticələrə görə, maliyyəyə ehtiyacı olan əksər ölkələrdə ehtiyacların qiymətləndirilməsi mexanizmləri və yaxud mümkün maliyyə mənbələrinin xəritəsi mövcud deyil.

Bundan başqa, layihənin icrası nəticəsində bu qənaətə gəlinib ki, bəzi mühüm sahələr üzrə uyğunlaşma siyasəti mövcud deyil və ya erkən inkişaf mərhələsindədir: "Ölkələrin 47 %-də su, ərzaq təhlükəsizliyi, təbii fəlakətlər kimi sektorlarda uyğunlaşma siyasətləri mövcud deyil və yaxud erkən inkişaf mərhələsindədir".

Son xəbərlər

Orphus sistemi