Səhiyyə və ekoloji savadlılığın artırılması İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsünün əsas sütunlarındandır.
"Report" xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbir çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.
"Səhiyyə və ekoloji savadlılığın təhsilin əsas məqsədinə çevrilməsi, məktəb infrastrukturunun dayanıqlı, davamlı olmasını təmin etmək üçün təhsilin yaşıllaşdırılması İqlim Dayanıqlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünün əsas sütunlarından biridir. BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO ilə əməkdaşlıq çərçivəsində bu təşəbbüs məktəb proqramlarını, müəllim hazırlığını və təhsil potensialını yaşıllaşdıracaq. Bu səyin bir hissəsi olaraq, təşəbbüs Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramı (PISA) kimi ekoloji savadlılıq metrikalarının inkişafını da dəstəkləyəcək" - o vurğulayıb.