İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib

İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib Azərbaycan Prezidenti İlham Əliyev tacikistanlı həmkarı Emoməli Rəhmonu Bakıda keçiriləcək COP29-a dəvət edib.
COP29
23 May , 2024 16:01
İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev tacikistanlı həmkarı Emoməli Rəhmonu Bakıda keçiriləcək COP29-a dəvət edib.

“Report”un məlumatına görə, bunu İlham Əliyev prezidentlərin mətbuata bəyanatı zamanı deyib.

“Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər”, - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi