Gürcüstan Milli Muzeyinin rəhbəri Yaşıl Zonada “AZCHEMCO”nun pavilyonunu ziyarət edib

Gürcüstan Milli Muzeyinin rəhbəri Yaşıl Zonada “AZCHEMCO”nun pavilyonunu ziyarət edib Gürcüstan Milli Muzeyinin rəhbəri, Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, professor David Lordkipanidze bu gün Yaşıl Zonaya səfəri çərçivəsində maye və suda həll olunan gübrələrin yerli istehsalçısı olan “AZCHEMCO” şirkətinin pavilyonunu ziyarət edi
COP29
21 Noyabr , 2024 18:22
Gürcüstan Milli Muzeyinin rəhbəri Yaşıl Zonada “AZCHEMCO”nun pavilyonunu ziyarət edib

Gürcüstan Milli Muzeyinin rəhbəri, Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, professor David Lordkipanidze bu gün Yaşıl Zonaya səfəri çərçivəsində maye və suda həll olunan gübrələrin yerli istehsalçısı olan “AZCHEMCO” şirkətinin pavilyonunu ziyarət edib.

Professor D.Lordkipanidze və gələn qonaqlara “AZCHEMCO” şirkətinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində şoranlaşmış torpaqların bərpası və kənd təsərrüfatında istifadəsi layihəsinin tarixindən bəhs edən video təqdim edilib.

Şirkətin vitse-prezidenti Rifat Sultan-zadə qonaqlara layihə çərçivəsində "Azelab" və "Intertek" şirkətləri tərəfindən aparılan laboratoriya tədqiqatları əsasında torpağın şoranlığının 3,6-dan 0,3-ə, elektrik keçiriciliyinin isə 9140-dan 291-ə qədər azaldığını nümayiş etdirən irəliləyişləri təqdim edib. Bu, öz növbəsində, şoran torpağın kənd təsərrüfatında istifadə oluna biləcəyini təsdiqləyir.

Səfərin sonunda professor D.Lordkipanidze bərpa olunmuş torpaqda çiyələk şitilləri əkib. Növbəti mərhələdə meyvələr yetişdikdən sonra torpaq və çiyələk nümunələri kimyəvi izin tərkibinin aprobasiyası üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi