Səfir: Beynəlxalq ictimaiyyət ərzaq sisteminin təhlükəsiz istifadəsini təmin etməlidir

Səfir: Beynəlxalq ictimaiyyət ərzaq sisteminin təhlükəsiz istifadəsini təmin etməlidir Beynəlxalq ictimaiyyət ərzaq sisteminin təbiətə və ətraf mühitə zərər vermədən təhlükəsiz istifadəsini təmin etməlidir.
COP29
1 Oktyabr , 2024 16:18
Səfir: Beynəlxalq ictimaiyyət ərzaq sisteminin təhlükəsiz istifadəsini təmin etməlidir

Beynəlxalq ictimaiyyət ərzaq sisteminin təbiətə və ətraf mühitə zərər vermədən təhlükəsiz istifadəsini təmin etməlidir.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə keçirilən paneldə deyib.

"Hazırda istixana qazı emissiyalarının üçdə biri ərzaq sisteminin payına düşür. Bu, biomüxtəlifliyin itirilməsi və meşələrin qırılmasının əsas səbəbi olaraq qalır”, - səfir bildirib.

Diplomat vurğulayıb ki, XXI əsrin ortalarına qədər bu sistem bütün dünyada 10 milyard insanı kifayət qədər əlçatan qida ilə təmin etməli olacaq.

Səfir, həmçinin vurğulayıb ki, “Breakthrough” proqramında Azərbaycan və Böyük Britaniya arasında tərəfdaşlığı alqışlayır.

O xatırladıb ki, Azərbaycan bu layihəni ilk imzalayanlardan biri olub və Bakının COP29-a sədrliyi çərçivəsində "Breakthrough"a göstərdiyi dəstək böyük əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi