Ekspert: COP29-da iqlim problemlərinin yumşaldılmasında fermerlərin mühüm rolu qəbul edilməlidir

Ekspert: COP29-da iqlim problemlərinin yumşaldılmasında fermerlərin mühüm rolu qəbul edilməlidir Aqrar işlərin aparılması sahəsində iqlimə davamlı üsullar kiçik fermerlərin iqtisadi rifahını yaxşılaşdıra bilər. Eyni zamanda, fermerlərin özləri də iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılmasında mühüm rol oynayırlar.
COP29
5 Avqust , 2024 12:36
Ekspert: COP29-da iqlim problemlərinin yumşaldılmasında fermerlərin mühüm rolu qəbul edilməlidir

Aqrar işlərin aparılması sahəsində iqlimə davamlı üsullar kiçik fermerlərin iqtisadi rifahını yaxşılaşdıra bilər. Eyni zamanda, fermerlərin özləri də iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılmasında mühüm rol oynayırlar.

Bu barədə “Report”a açıqlamasında Lançjou Universitetinin iqlim üçün optimallaşdırılmış kənd təsərrüfatı sahəsi (CSA) üzrə eksperti Adnan Arşad bildirib.

Onun fikrincə, bu cür texnologiyalar inkişaf etməkdə olan ölkələrdə kiçik fermer təsərrüfatlarına çox müsbət təsir göstərə bilər, onlardan biri də Azərbaycandır. Ekspert qeyd edib ki, fermerlər əhalinin iqlim dəyişikliyinin mənfi təsirlərinə daha çox həssas olan təbəqəsidir.

“Məhsuldarlığı artırmaq və gəlir mənbələrini şaxələndirməklə bu üsullar gəlir əldə edilməsi və yoxsulluğun azaldılması üçün imkanlar yaradır”, – o bildirib.

A.Arşad qeyd edib ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların informasiya, maliyyə və institusional dəstəyə ehtiyacı var.

"Bu dəstək üsulları kiçik fermerlərə iqlimə davamlı təcrübələrə daha yaxşı uyğunlaşmaqda kömək edə bilər", – ekspert vurğulayıb.

Qeyd edək ki, belə təcrübə mübadiləsi üçün platformalardan biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) sessiyalarıdır.

2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 haqqında danışan A.Arşad bildirib ki, tərəflərin fermerlərin problemlərinə və onların iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə roluna daha çox diqqət yetirməsini görmək istərdi.

“Qarşıdan gələn COP29-da fermerlərin iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması və onlara uyğunlaşma səylərində vacib rolu və fəal iştirakı qəbul edilməlidir”, - o sonda əlavə edib.

Son xəbərlər

Orphus sistemi