Dünyada iqlim dəyişikliyini sürətləndirən bütöv bir iqtisadiyyat var.
"Report" xəbər verir ki, bunu "Egmont Group"un sərd müavini Məhəmməd Şadid Əhməd COP29 çərçivəsində təşkil olunmuş "Antropogen iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək üçün maliyyə kəşfiyyatının İmkanları" mövzusuna tədbirdə bildirib.
"Bu kontekstdə maliyyə kəşfiyyatı imkan verir ki, ətraf mühitə zərəri maliyyələşdirən və həyata keçirən qeyri-qanuni maliyyə axınlarını təhlil edək və aşkar edək. Bu, pula dəstək verən ekoloji deqradasiyanın harada baş verdiyini, onun sərhədləri necə keçdiyini müəyyən etmək üçün qeyri-qanuni maliyyə nümunələri haqqında biliklərimizdən istifadə etməliyik. Güclü maliyyə kəşfiyyatı mexanizmləri ilə biz bu qeyri-qanuni axınları dayandıra, onların asılı olduğu maliyyənin ekoloji cəhətdən dağıdıcı fəaliyyətinə son qoya bilərik", - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, dünyada qeyri qanuni olaraq ağaclar kəsilir: "Məşələrin qırılması iqlim dəyişikliyini sürətləndirir, ekosistemlərin sabitliyini pozur. Maliyyə kəşfiyyatı yolu ilə bu fəaliyyətlərdən əldə edilən gəliri izləyə, əlaqəli tərəfləri müəyyən edə və onların əməliyyatlarını poza bilərik. Maliyyə kəşfiyyatı iqlim idarəçiliyini zəiflədən korrupsiyanı da ifşa edir. İqlim təşəbbüsləri üçün dövlət vəsaitləri korrupsiya yolu ilə başqa istiqamətə yönəldildikdə, bu, icmaları resurslardan məhrum edir və inamı sarsıdır, qeyri-qanuni gəlirlərin siyasətə təsir göstərməsinə imkan yaradır"
"İqlim dəyişikliyinin həllində maliyyə kəşfiyyatının əhəmiyyəti böyüdülməlidir. Bu, ekoloji cinayətlərin maliyyələşdirilməsini pozmaq və iqlim siyasətimizin bütövlüyünü qorumaq üçün əvəzsiz vasitədir. Maliyyə kəşfiyyatına sərmayə qoymaq və prioritetləşdirməklə biz ətraf mühitə ziyan vurmaqdan qazanc əldə edən maliyyə şəbəkələrini sıradan çıxara və iqlimlə mübarizə üçün nəzərdə tutulan vəsaitlərin korrupsiyadan qorunmasını təmin edə bilərik",- deyə o vurğulayıb.