Dövlət Agentliyinin Müşahidə Şurasının üzvü: "COP29-un təkcə siyasi yox, həm də iqtisadi dividendləri var"

Dövlət Agentliyinin Müşahidə Şurasının üzvü: "COP29-un təkcə siyasi yox, həm də iqtisadi dividendləri var" Qeyri-Hökumətinin Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov deyib ki, COP29 həm Azərbaycan, həm də bütün Cənubi Qafqaz üçün əhəmiyyətlidir.
COP29
18 Dekabr , 2023 15:49
Dövlət Agentliyinin Müşahidə Şurasının üzvü: COP29-un təkcə siyasi yox, həm də iqtisadi dividendləri var

Qeyri-Hökumətinin Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov deyib ki, COP29 həm Azərbaycan, həm də bütün Cənubi Qafqaz üçün əhəmiyyətlidir.

"Report" xəbər verir ki, o, bu barədə gələn il Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti barədə ictimai müzakirə zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, göstərir ki, Azərbaycanın nüfuzu dünyanın diqqətindədir: "Ona görə də bizə etimad göstərilir. Əlbəttə, COP29-un təkcə siyasi yox, həm iqtisadi dividendləri var".

A.Allahverənov xatırladıb ki, Azərbaycanın beşdə-bir hissəsi uzun müddət işğal altında qalıb: "Həmin ərazilər "boz zona" idi. İndi isə biz həmin əraziləri "yaşıl zona"ya çeviririk. Bizim olduqca vacib hədəflərimiz var. Bu mənada, COP29-un Azərbaycana həvalə edilməsi olduqca əhəmiyyətlidir".

Son xəbərlər

Orphus sistemi