COP28-in iştirakçıları Azərbaycan pavilyonunu ziyarət edir

COP28-in iştirakçıları Azərbaycan pavilyonunu ziyarət edir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Ekspert Panelinin sədri Cim Skeya Azərbaycan pavilyonunu ziyarət edib.
COP29
9 Dekabr , 2023 09:59
COP28-in iştirakçıları Azərbaycan pavilyonunu ziyarət edir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Ekspert Panelinin sədri Cim Skeya Azərbaycan pavilyonunu ziyarət edib.

"Report" xəbər verir ki, Azərbaycan pavilyonunda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə keçirilən görüş zamanı ölkəmizdə iqlim dəyişmələri risklərinin öyrənilməsi, Xəzər regionu üzrə elmi araşdırmaların aparılması və növbəti 7-ci qiymətləndirmə dövrü hesabatının hazırlanmasına Azərbaycan alimlərinin cəlb edilməsi məsələsi müzakirə edilib.

Uzun müddət Meksikanın Xarici İşlər naziri vəzifəsində çalışan, 2016-2022-ci illərdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi olan Patrisia Espinoza və Meksikanı COP28-də təmsil edən nümayəndə heyətinin üzvləri də Azərbaycan pavilyonunu ziyarət edən qonaqlar arasında olub.

Keçirilən ikitərəfli görüş zamanı ölkənin iqlim dəyişmələri sahəsində atdığı addımlar, qlobal səylərə töhfələr, bu sahədə regional və beynəlxalq əməkdaşlığın vacibliyi məsələləri görüşün müzakirə obyekti olub.

Son xəbərlər

Orphus sistemi