BMT-nin rezident-əlaqələndiricisi: Gəncləri maarifləndirmək üçün bizə “yaşıl proqram”lar lazımdır

BMT-nin rezident-əlaqələndiricisi: Gəncləri maarifləndirmək üçün bizə “yaşıl proqram”lar lazımdır Yalnız şagirdlər üçün deyil, həm də valideynlər və müəllimlər üçün “yaşıl təhsil”in təmin edilməsinə ehtiyac var.
COP29
20 İyun , 2024 12:28
BMT-nin rezident-əlaqələndiricisi: Gəncləri maarifləndirmək üçün bizə “yaşıl proqram”lar lazımdır

Yalnız şagirdlər üçün deyil, həm də valideynlər və müəllimlər üçün “yaşıl təhsil”in təmin edilməsinə ehtiyac var.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkil etdiyi iqlimlə bağlı fəaliyyətə dair forum zamanı deyib.

“Uşaqları məsuliyyətli vətəndaş olmağa hazırlayacaq, onların gələcəkdə aşağı karbonlu iqtisadiyyat dünyasında iş tapmalarına imkan yaradan yeni qabiliyyətlərə sahib olmalarına yardım göstərəcək “yaşıl proqramlar”a ehtiyacımız var”, - o vurğulayıb.

Onun sözlərinə görə, COP29 bütün insanların, o cümlədən gənclərin səsini birləşdirəcək platforma olacaq:

“İqlim dəyişikliyi ilə mübarizəyə gəlincə, bununla bağlı cəmiyyəti səfərbər etmək çox vacibdir”.

Son xəbərlər

Orphus sistemi