Bank prezidenti: “Müstəqil İnkişaf Bankları iqlim maliyyəsinin səfərbər edilməsində əsas rol oynamalıdır"

Bank prezidenti: “Müstəqil İnkişaf Bankları iqlim maliyyəsinin səfərbər edilməsində əsas rol oynamalıdır" ​​​​​​​Müstəqil İnkişaf Bankları (MİB) iqlim maliyyəsinin səfərbər edilməsində həlledici rol oynamalıdır.
COP29
14 Noyabr , 2024 10:35
Bank prezidenti: “Müstəqil İnkişaf Bankları iqlim maliyyəsinin səfərbər edilməsində əsas rol oynamalıdır

Müstəqil İnkişaf Bankları (MİB) iqlim maliyyəsinin səfərbər edilməsində həlledici rol oynamalıdır.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Transformasiya edən iqlim fəaliyyəti: Maliyyə daxilolmalarından təsirə və MİB-lərin katalitik təsirinə keçid" mövzusunda təşkil olunan dəyirmi masada Afrika İnkişaf Bankı Qrupunun prezidenti Akinvumi Adesina çıxışında bildirib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən istifadə 3 dəfə, enerji səmərəliliyi isə 2 dəfə artırılmalı və meşələrin qırılması dayandırılmalıdır: “Bununla belə, iqlim dəyişikliyi ilə mübarizə üçün lazım olan maliyyə həcmi 5-11 trilyon ABŞ dollar arasında dəyişir, orta hesabla isə 8 trilyon ABŞ dollar təşkil edir. Müstəqil İnkişaf Bankları iqlim maliyyəsinin səfərbər edilməsində əsas rol oynamalıdır."

Son xəbərlər

Orphus sistemi