Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib

Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi konfransında "İstixana qazı (İXQ) emissiyaları haqqında anlayışda inqilab - empirik məlumatların rolu, süni intellekt və qabaqcıl analiti
COP29
4 Oktyabr , 2024 12:34
Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi konfransında "İstixana qazı (İXQ) emissiyaları haqqında anlayışda inqilab - empirik məlumatların rolu, süni intellekt və qabaqcıl analitika" adlı sessiya keçirilib.

"Report" xəbər verir ki, sessiyanın moderatoru Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyada Mükəmməllik Mərkəzinin direktoru Əli Nağıyev olub.

"Advanced Technology Group"un baş direktoru Aslan Bəşir-zadə deyib ki, empirik məlumatların mənbələri çox olsa da, ilk və önəmli mənbə tarixi məlumatlardır: "Hazırda emissiyaların monitorinqi üçün peyk təsvirlərindən, dronlardan və s. yeni texnologiyalardan istifadə edirik. Məlumatların toplanması və araşdırılması çox vacibdir. Burada süni zəkanın rolu isə böyük həcmdə məlumatların asan emalıdır. Bu ildən SOCAR üçün xüsusi layihə həyata keçirməyə müvəffəq olduq. Artıq görünür ki, İXQ emissiyaları ilə əlaqədar yeni texnologiyalar ortaya çıxır. Biz isə təkcə xarici texnologiyalardan istifadə etməməli, həm də özümüz bu sahədə yeni həllər tapmağa çalışmalıyıq. Hazırda qaz tullantılarının həcmini uzaq məsafədən idarə etməyi planlaşdırırıq. Bununla bağlı yeni texnologiya ərsəyə gətiriləcək".

Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiya şöbəsinin rəhbəri Rəna Hümbətova bildirib ki, qazların emissiyaları haqqında datanın toplanması üçün süni zəkadan istifadə edilən yeni metodlar hazırlanır: "Hazırda agentlik olaraq milli mobillik strategiyası üzərində işləyirik. Bu sahədə proqnozlaşdırma imkanlarını genişləndirməyə çalışırıq. Agentliyin layihəsinə əsasən, Azərbaycanda aktiv enerji istehlakçıları binaların üzərində qoyulan günəş panellərindən istifadə edirlər. Bu, bərpa olunan enerji ilə əlaqədar həyata keçirilən addımlardan sadəcə biridir".

"Azərkosmos"un Coğrafi informasiya sistemləri mərkəzinin mütəxəssisi Saleh Nəbiyev vurğulayıb ki, təmsil etdiyi qurum iqlim dəyişikliyi ilə bağlı yeni layihələr üzərində işləyir: "Biz hazırda buzlaqların monitorinqini aparırıq. Həmçinin iqlim dəyişikliklərinin Xəzər dənizi və çay hövzələrinə təsirini müəyyən etmək üçün monitorinqlər həyata keçiririk".

Son xəbərlər

Orphus sistemi