Azərbaycanın Niderlanddakı səfiri COP29-un gündəliyi və hədəfləri barədə danışıb

Azərbaycanın Niderlanddakı səfiri COP29-un gündəliyi və hədəfləri barədə danışıb Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Niderlandən ingilisdilli “Holland Times” qəzetinə müsahibəsində bu ilin noyabarında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2
COP29
27 May , 2024 13:42
Azərbaycanın Niderlanddakı səfiri COP29-un gündəliyi və hədəfləri barədə danışıb

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Niderlandın ingilisdilli “Holland Times” qəzetinə müsahibəsində bu ilin noyabarında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyi və əsas məqsədləri barədə danışıb.

“Report” xəbər verir ki, R.Mustafayev Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində sənayenin inkişaf etdiyi Şimal ilə inkişaf etməkdə olan Cənub arasında dialoq və əməkdaşlığın aktivləşdirilməsi istiqamətində atdığı konkret addımlar barədə oxuculara məlumat verib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan çox böyük təcrübə, nüfuz qazanıb və diplomatik potensial əldə edib: “Bu da ona COP29-un gündəliyində duran məsələləri uğurla həll etməyə imkan verəcək”.

Bundan başqa, səfir Bakı ilə İrəvan arasında sülh prosesinin gedişindən, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanılmasından, Azərbaycanın ərazilərin minalardan təmizlənməsi və azad edilmiş torpaqların bərpası istiqamətində səylərindən danışıb.

O qeyd edib ki, mina probleminin aktuallığını və minalanmış sahələrin ətraf mühitə mənfi təsirini nəzərə alaraq, dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etmək üçün COP29 çərçivəsində xüsusi tədbirin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi