Almatıda TDT-yə üzv dövlətlərin nümayəndələri COP29 çərçivəsində təşəbbüsləri müzakirə ediblər

COP29
  • 01 iyun, 2024
  • 13:53
Almatıda TDT-yə üzv dövlətlərin nümayəndələri COP29 çərçivəsində təşəbbüsləri müzakirə ediblər

Almatıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin prezidentlərinin diplomatik müşavirlərinin (köməkçilərinin) ikinci görüşündə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası (COP29) çərçivəsində birgə tədbirlər müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Biz Təşkilat çərçivəsində tərəfdaşlığımızı və əməkdaşlığımızı nəzərdən keçirdik. Şuşada keçiriləcək qeyri-rəsmi sammitin gündəliyini, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində birgə fəaliyyətlərimizi və təşəbbüslərimizi müzakirə etdik”, - paylaşımda vurğulanıb.

Prezidentin köməkçisi əlavə edib ki, görüş iştirakçıları həmçinin TDT-nin gələcək institusional inkişafını müzakirə ediblər.

H.Hacıyev həmkarı, Qazaxıstan Prezidentinin köməkçisi Erjan Kazıxan ilə də görüşdüyünü bildirib: “Biz ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı, TDT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşılıqlı fəaliyyətimizi və Orta Dəhlizin gələcək inkişafını müzakirə etdik”.

44 - Tezliklə