Yuxarı

​Tokioda Bakıdan olan kəşfiyyatçı Rixard Zorgenin məzarı ziyarət edilib

Mərasimdə Rusiya səfirliyi və hərbi attaşe nümayəndələri iştirak ediblər

Bakı. 8 may. REPORT.AZ/ Rusiyalı diplomatlar Bakıdan olan əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin Tama şəhərindəki məzarını ziyarət ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, mərasimdə Rusiya səfirliyi və hərbi attaşe nümayəndələri ilə yanaşı Yaponiyada yaşayan sadə Rusiya vətəndaşları da iştirak ediblər.

2015-ci ildə Zorgenin 7 noyabr 1944-cü ildə Tokionun "Suqamo" həbsxanasında edamının 71 ili tamam olur.

Rixard 1895-ci ildə Sabunçu qəsəbəsində, Bakıda neft hasilatı ilə məşğul olan Nobel şirkətinin mədənlərində işləyən alman mühəndis Qustav Vilhelm Rixard Zorgenin ailəsində dünyaya gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi