Gəncədə Qurban bayramı qeyd edilib

Gəncədə Qurban bayramı qeyd edilib Qurbanlıq heyvanlar kəsilərək Qarabağ müharibəsi əlillərinə, qaçqın, məcburi köçkünlərə, şəhid və aztəminatlı ailələrə paylanılıb
Cəmiyyət
1 Sentyabr , 2017 14:02
Gəncədə Qurban bayramı qeyd edilib

Gəncə. 1 sentyabr. REPORT.AZ/ Müqəddəs Qurban bayramı münasibətilə Gəncə şəhərinin yeddi müxtəlif ərazilərində qurbanlıq heyvanlar kəsilərək Qarabağ müharibəsi əlilləri, qaçqın, məcburi köçkünlərə, şəhid və aztəminatlı ailələrə paylanıb.

"Report" xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin təşkil etdiyi qurbankəsmə aksiyasında 25 baş iribuynuzlu, 1080 xırdabuynuzlu heyvan kəsilərək 16000-dən çox ailəyə paylanılıb.

Heyvanların baytar sanitar tələblərə uyğun şəkildə kəsildiyini qeyd edən Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev bildirib ki, şəhər rəhbərliyi tərəfindən ayrılmış xüsusi yerlərdə heyvanların diri satışı və kəsimi təşkil olunub. Baytar həkimlər tərəfindən bütün kəsim nöqtələrinə nəzarət olunduğunu deyən Bayandur Rzayev xüsusi vurğulayıb ki, idarə bayramla bağlı gücləndirilmiş iş rejimində çalışır.

Bundan başqa, bir sıra müəssisə və təşkilatda da fərdi qaydada qurbanlar kəsilib. Qurban payları siyahı əsasında sahiblərinə çatdırılıb. Qurban payı alan insanlar bu müqəddəs gündə onları yada salan və bayram payı ilə sevindirən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi