​2014-cü ildə dünya əhalisi 80 milyon nəfər artıb

​2014-cü ildə dünya əhalisi 80 milyon nəfər artıb Belə olan halda, 2015-ci ilin əvvəlində planet əhalisinin ümumi sayı təqribən 7,3 milyard nəfər təşkil edəcək
Cəmiyyət
24 Dekabr , 2014 03:18
​2014-cü ildə dünya əhalisi 80 milyon nəfər artıb

Bakı. 24 dekabr. REPORT.AZ/ 2014-cü ildə Yer kürəsi əhalisinin sayı təqribən 80 milyon nəfər artıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Yer Əhalisi" Fondunun apardığı tədqiqatların nəticələrinə istinadən "Züddoyçe saytunq" nəşri yazıb.

Belə olan halda, 2015-ci ilin əvvəlində planet əhalisinin ümumi sayı təqribən 7,3 milyard nəfər təşkil edəcək.

"Dünya əhalisi hər saniyə orta hesabla 2,6 nəfər artır", - deyə nəşr Fond ekspertlərinin fikirlərini sitat gətirir.

Son xəbərlər

Orphus sistemi