Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyası QHT-lərin müraciətlərini cavablandırıb

Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyası QHT-lərin müraciətlərini cavablandırıb Apelyasiya Komissiyasına müraciət edən 17 QHT-nin layihəsi ilə bağlı şuranın qərarı məqbul hesab olunub
Cəmiyyət
6 Aprel , 2017 19:10
Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyası QHT-lərin müraciətlərini cavablandırıb
courtesy image

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib.

Şuranın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2017-cı il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 27 QHT-nin müraciətinə baxılıb.

Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.

Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Apelyasiya Komissiyasına müraciət edən 17 QHT-nin layihəsi ilə bağlı şuranın qərarı məqbul hesab olunub. Komissiya şuraya 9 QHT-nin layihəsinə yenidən baxılmasını tövsiyyə edib.

Qeyd edək ki, iclasda media qurumlarının nümayəndələri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi