“Bakcell” leykemiyalı uşaqlar üçün bayram şənliyi təşkil edib

“Bakcell” leykemiyalı uşaqlar üçün bayram şənliyi təşkil edib “Bakcell” şirkəti və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün Yeni İl münasibətilə bayram şənliyi təşkil edib.
Cəmiyyət
28 Dekabr , 2019 18:30
“Bakcell” leykemiyalı uşaqlar üçün bayram şənliyi təşkil edib

“Bakcell” şirkəti və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün Yeni İl münasibətilə bayram şənliyi təşkil edib.

"Report" xəbər verir ki, “ASAN Məktub” layihəsinin “Bakcell”in tərəfdaşlığı və “Personaj Agency”nin dəstəyi ilə keçirilmiş növbəti təşəbbüsünün məqsədi leykemiyadan əziyyət çəkən 35 uşağa bayram sevincini bəxş etmək idi. B.Eyvazov adına Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq üçün buraya səfər təşkil edilib, balacalara hədiyyələr təqdim olunub.

“ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

Layihə çərçivəsində uşaqların yazdığı məktublar www.asanmektub.az saytına yerləşdirilir və onların arzu və istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. "Bakcell" şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.

"Bakcell" xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib.

“ASAN Məktub” layihəsi ilə uzunmüddətli tərəfdaşlıq Bakcell şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.

Xatırladaq ki, Azərbaycanın ilk mobil operatoru “Bakcell” müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

8000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bu gün "Bakcell" şirkəti ölkədə ən böyük və sürətli “4G” mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi