Azərbaycanda nəqliyyat vasitələrinin etibarnamə ilə verilməsi qaydalarına dəyişiklik edilib

Azərbaycanda nəqliyyat vasitələrinin etibarnamə ilə verilməsi qaydalarına dəyişiklik edilib “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə qərar imzalanıb
Cəmiyyət
22 Avqust , 2014 09:56
Azərbaycanda nəqliyyat vasitələrinin etibarnamə ilə verilməsi qaydalarına dəyişiklik edilib
Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Report xəbər verir ki, dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları dərhal "Elektron notariat" informasiya sisteminə daxil etməlidir.

Qeyd edək ki, bu qərar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 953-IVQD nömrəli Qanununun tətbiqi haqqında” prezident fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi