Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə əlaqədar bəyanat yayıb

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə əlaqədar bəyanat yayıb "Biz bir daha dünya ictimaiyyətinin bu hərbi münaqişənin ədalətli həllinə diqqət yetirmələrini tələb edirik”
Cəmiyyət
8 Avqust , 2017 18:32
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə əlaqədar bəyanat yayıb

Bakı. 8 avqust. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə əlaqədar bəyanat yayıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəyanatda deyilir ki, 1994-cü ildən atəşkəs rejiminin elan olunmasına baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücum edib, qadınları, uşaqları amansızlıqla qətlə yetiriblər: "Ötən dövrdə 33 uşaq erməni terrorunun qurbanı olub. Onlardan on dördü həlak olub, on doqquzu isə yaralanıb. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına yaralanan Ramil Yusifov da əlavə olundu. Belə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Qaralar kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlu ağır yaralanıb. Bu, bir daha vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir".

“Biz növbəti dəfə hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik. Biz bir daha dünya ictimaiyyətinin bu hərbi münaqişənin ədalətli həllinə diqqət yetirmələrini tələb edirik”, -  açıqlamada bildirilir.

Son xəbərlər

Orphus sistemi