"Şamaxı"da baş məşqçinin köməkçiləri bəlli olub, üç mütəxəssislə yollar ayrılıb

"Şamaxı"da baş məşqçinin köməkçiləri bəlli olub, üç mütəxəssislə yollar ayrılıb "Şamaxı" klubu daha üç məşqçisi ilə yollarını ayırıb.
Futbol
5 Dekabr , 2023 15:58
Şamaxıda baş məşqçinin köməkçiləri bəlli olub, üç mütəxəssislə yollar ayrılıb

"Şamaxı" klubunda baş məşqçi Ramiz Məmmədovun köməkçiləri məlum olub.

"Report" bölgə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Məqsəd Yaqubəliyev köməkçi məşqçi, Mehman Baxışov fiziki hazırlıq üzrə məşqçi, Elnar Kərimov isə qapıçı hazırlığı üzrə məşqçi təyin edilib.

Zamir Həsənov, Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov I Liqa təmsilçisi ilə vidalaşmaq istədiklərini bildiriblər. Mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, daha əvvəl Vüqar Əsgərli baş məşqçi postundan istefa vermişdi.

Son xəbərlər

Orphus sistemi