Zərdabda satınalan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib

Zərdabda satınalan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib Təlim "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusuna həsr olunub
Biznes
14 Aprel , 2017 20:26
Zərdabda satınalan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib

Bakı. 14 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu gün Zərdab rayonunda dövlət satınalmalarına həsr olunmuş təlim kursu keçirilib.

Nazirlikdən "Report"a bildirilib ki, "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təşkil olunan təlimdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların mütəxəssisləri iştirak edib.

Dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, satınalmalar sahəsində şəffaflığın artması və qanunvericiliyin tələblərinə ciddi riayət olunması, o cümlədən satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərilməsi, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədi ilə təşkil olunan təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi