Yuxarı
    Bağlamaq

    Azərbaycanda yükdaşıma illik 35% bahalaşıb

    Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb

    Bakı. 13 yanvar. REPORT.AZ/ Azə\rbaycanda ötən ildə 2015-ci ilə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,5% artıb.

    "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Ötən ilin dekabr ayında noyabr ayına nisbətən yükdaşıma qiymətləri 2,6%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,6 və 3,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 3,6%, dəniz nəqliyyatında 3,7%, avtomobil nəqliyyatında 1,3% artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi