Yuxarı

"Youth Inc." layihələrin qəbuluna başlayıb

Gənc sahibkarlar biznes inkubatorun təklif etdiyi xidmətlərdən yararlanmaq şansı əldə edəcəklər

Bakı. 27 yanvar. REPORT.AZ/ “Youth Inc.” Biznes İnkubasiya Mərkəzi öz biznesinə başlamaq istəyən və hazırda startapını inkişaf etdirən gənc sahibkarlar üçün layihələrin qəbulunu elan edib. “Report”un “RED Communications”a istinadən verdiyi xəbərə görə, gənc sahibkarlar müraciət edərək biznes inkubatorun rezidentinə çevrilə, inkubatorun təklif etdiyi bir çox imkanlardan və xidmətlərdən yararlanmaq şansını əldə edə biləcəklər.

Mərkəzin rezidenti olmaq üçün namizədlər bu link vasitəsilə www.youthinc.az/az/incubator-apply müraciət formasını doldurmalıdır. Müraciət formaları hər ayın 25-də “Youth Inc.”in ekspertləri tərəfindən qiymətləndiriləcək və perspektivli biznes-ideya və startapların müəllifləri ilkin müsahibəyə dəvət alacaqlar. Startapların istiqaməti üzrə heç bir məhdudiyyət qoyulmur. Müraciətlər 18-29 yaş arasında olan gənc sahibkarlar üçün açıqdır.

“Youth Inc.” proqramının iştirakçısı, “gotrip.az” şirkətinin həmtəsisçisi Vüqar Cəfərzadə bildirib ki, bu komanda “Youth Inc.” proqramı ilə 2 ilə yaxın tanışdır: “Eyni zamanda, komandanın üzvləri proqramın bir sıra təlimlərinin iştirakçısı olub. Mərkəz uğurlu biznez ideyaların reallaşdığı məkana çevriləcək və gənc sahibkarlığın inkişafına lazımi imkan yaradacaq”.

Xatırladaq ki, “Youth Inc.” Biznes İnkubasiya Mərkəzi Azərbaycan Gənclər və İdman Nazirliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Youth Inc.” proqramı çərçivəsində yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi