Yuxarı
    Bağlamaq

    Yevlaxda biznes inkubator iştirakçıları üçün treninq keçirilib

    Təlim “Biznes planların hazırlanması” və “Potensial ixracatçılara ixrac zamanı güzəştlərin tətbiqi” mövzularında olub

    Bakı. 26 may. REPORT.AZ/ Bu gün Yelaxda İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun gənc rezidentləri üçün treninq keçirilib.

    Nazirlikdən "Report"a daxil olan məlumata görə, “Biznes planların hazırlanması” və “Potensial ixracatçılara ixrac zamanı güzəştlərin tətbiqi” mövzularını əhatə edən treninqdə biznes plan və onun tərtib edilməsi, biznesin növləri və təşkilati-hüquqi formaları, biznes mühiti, mövcud və yeni ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, məhsul ixracatçılarına tətbiq edilən güzəştlər və s. barədə ətraflı məlumat verilib.

    Tədbirdə iştirakçılara İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib. Bu xidmətlərin bəziləri "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunub.

    Bununla yanaşı, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

    Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi