​Xorvatiyada beynəlxalq sərgi keçiriləcək

​Xorvatiyada beynəlxalq sərgi keçiriləcək İranda isə investisiya konfransı təşkil olunacaq
Biznes
30 Aprel , 2016 14:52
​Xorvatiyada beynəlxalq sərgi keçiriləcək

Bakı. 30 aprel. REPORT.AZ/ Xorvatiyada “Françayzinq, maliyyə və konsaltinq xidmətləri” beynəlxalq sərgisi keçiriləcək.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, sözügedən sərgi iyunun 2-3-də Opatiya şəhərində təşkil olunacaq.

Bu ilin may ayında isə İranın Urmiya şəhərində I İnvestisiya imkanları konfransı keçiriləcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgi və konfransa iştiraka dəvətlidir. Tədbirlər haqqında ətraflı məlumat əldə etmək istəyənlər "Azpromo"ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi