“Xəzər-Lada” ötən ili mənfəətlə başa vurub

“Xəzər-Lada” ötən ili mənfəətlə başa vurub Bakı. 2 may. REPORT.AZ/ “Xəzər-Lada” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 12,842 mln. manat təşkil edib.
Biznes
2 May , 2018 14:37
“Xəzər-Lada” ötən ili mənfəətlə başa vurub

Bakı. 2 may. REPORT.AZ/ “Xəzər-Lada” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 12,842 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,4% çoxdur.

2017-ci ildə “Xəzər-Lada”nın cəmi öhdəlikləri 1,1% azalaraq 9,386 mln. manata, cəmi kapitalı isə 1,5% azalaraq 3,456 mln. manata düşüb.

Ötən il “Xəzər-Lada”nın gəlirləri 13,586 mln. manat, xərcləri isə 13,336 mln. manat təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki mənfəət 250 min manat olub ki, bunun da 50 min manat mənfəət vergisinin ödənilməsinə yönəldilib. Bununla da, biznes strukturu 2017-ci ili 200 min manat xalis mənfəətlə başa vurub.

Şirkətin xalis mənfəətinin 50%-ni yığıma, 20%-ni istehlak fonduna, 30%-ni isə dividentlərə yönəldib.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi