“Xəzər-Lada” bu ilin I yarısını mənfəətlə başa vurub

“Xəzər-Lada” bu ilin I yarısını mənfəətlə başa vurub Bakı. 15 avqust. REPORT.AZ/ “Xəzər-Lada” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 11,76 mln. manat təşkil edib.“Report” şirkətin maliyyə hesabatına...
Biznes
15 Avqust , 2017 15:33
“Xəzər-Lada” bu ilin I yarısını mənfəətlə başa vurub

Bakı. 15 avqust. REPORT.AZ/ “Xəzər-Lada” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 11,76 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 8,1% azdır.

Son 6 ayda “Xəzər-Lada”nın cəmi öhdəlikləri 0,9% azalaraq 9,2 mln. manata, cəmi öhdəlikləri isə 27,1% azalaraq 2,56 mln. manata düşüb.

Bu ilin I yarısında “Xəzər-Lada”nın gəlirləri 5,199 mln. manat, xərcləri isə 6,184 mln. manat təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki mənfəət 15 min manat olub ki, bunun da 3 min manat mənfəət vergisinin ödənilməsinə yönəldilib. Bununla da, biznes strukturu 2017-ci ilin yanvar-iyun aylarını 12 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi