Naxçıvan xarici ticarətdə idxalını 2 dəfə artırıb

Naxçıvan xarici ticarətdə idxalını 2 dəfə artırıb Naxçıvanın xarici ticarət dövriyyəsi ilə bağlı statistikası açıqlanıb
Biznes
19 Mart , 2019 15:01
Naxçıvan xarici ticarətdə idxalını 2 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 46 mln. 769 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.

“Report”un Naxçıvan Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 4 mln. 982 min 700 dollar və ya 11,92% çoxdur.

Bu ilin iki ayı ərzində muxtar respublikada ixracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 73 min 500 dollar və ya 0,2% artaraq 36 mln. 823 min 700 dollar təşkil edib.

Bu ilin ilk iki ayında Naxçıvan Muxtar Respublikasının xarici ticarətdəki idxalının həcmi 9 mln. 945 min 300 dollar olub ki, bu da 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 4 mln. 909 min 200 dollar və ya 97,48% çoxdur.

Nəticədə bu ilin iki ayında muxtar respublikada 26 mln. 878 min 400 dollar dəyərində müsbət saldo yaranıb ki, bu da 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 4 mln. 835 min 700 dollar və ya 15,25% azdır. 

Son xəbərlər

Orphus sistemi