Yuxarı

“Walt Disney”in baş direktoru istefa verdi

“Walt Disney”in baş direktoru istefa verdi

Bob İqor

2005-ci ildən ABŞ-ın “Walt Disney” şirkətinin (Disneylend onundur) baş direktoru (CEO) olan Bob İqor vəzifəsindən istefa verib.

“Report” bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.

Bununla belə, o, şirkətin Direktorlar Şurasının sədri vəzifəsində qalacaq. 

B.İqorun istefa xəbərinin ardınca beynəlxalq birjalarda şirkətin səhmləri 3% ucuzlaşıb.

Xatırladaq ki, onun dövründə “Walt Disney” “Pixar”, “Marvel”, “Lucasfilm” kimi şirkətləri satın alıb, özünün onlayn platforması olan “Disney+"u istifadəyə verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi