VII “Caspian Energy Forum Baku 2018”ə qeydiyyat başlayıb

VII “Caspian Energy Forum Baku 2018”ə qeydiyyat başlayıb Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan hökuməti, Caspian European Club, Caspian American Club və Caspian Asian Clubun dəstəyi ilə bu il sentyabrın 19-20-də keçiriləcək VII Beynəlxalq “Caspian Energy Forum Baku – 2018”ə qeydiyyat başlayıb. 
Biznes
6 Mart , 2018 11:39
VII “Caspian Energy Forum Baku 2018”ə qeydiyyat başlayıb

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan hökuməti, "Caspian European Club", "Caspian American Club" və "Caspian Asian Club"un dəstəyi ilə bu il sentyabrın 19-20-də keçiriləcək VII Beynəlxalq “Caspian Energy Forum Baku – 2018”ə qeydiyyat başlayıb. 

Bu barədə "Report"a "Caspian European Club"  sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, “Caspian Energy Forum" Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilir və biznes-hökumət dialoqunun fəallaşmasından ötrü əlverişli şərait yaratmaq, neft və qeyri-neft sektoru sahələrinə aid şirkətlər arasında sıx əməkdaşlıq qurmaq, transmilli şirkətlər ilə kiçik və orta biznes nümayəndələrinin, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklərin görüşlərini təşkil etmək üçün ənənəvi meydan rolunu oynayır. 

“Caspian Energy Forum Baku – 2018”də sıralarında Azərbaycan hökumətinin üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya təşkilatlarının və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 300-500 deleqat iştirak edəcək. Bundan əlavə, tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyk, işgüzar nahar zamanı əlavə imkanlar nəzərdə tutulub.

Foruma qeydiyyatdan keçmək üçün http://caspianenergyforum.com/baku2018/index.php/en/ linkindən istifadə etmək lazımdır. 

Xatırladaq ki, "Caspian European Club" 2002-ci ilin iyun ayında Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. 2016-cı il dekabrın 24-də "Caspian American Club", 2018-ci il yanvarın 26-da "Caspian Asian Club" yaradılıb. İki il ərzində onları "Caspian European Club"un İdarə Heyətinin üzvləri idarə edəcəklər. "Caspian European Club"a daxil olan bütün şirkətlər avtomatik olaraq "Caspian American Club" və "Caspian Asia Club"un, "Caspian American Club" və "Caspian Asia Club"da yer alanlar isə "Caspian European Club"un üzvü hesab edilirlər.

Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club", "Caspian American Club" və "Caspian Asian Club" dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqmaətində fəal iş aparır.

"Caspian European Club", "Caspian American Club" və "Caspian Asian Club"un sədri Prezident İlham Əliyevdir.

Son xəbərlər

Orphus sistemi