Vergilər Nazirliyi: Tibbi xidmətlər ƏDV-dən azad edilməyib

Vergilər Nazirliyi: Tibbi xidmətlər ƏDV-dən azad edilməyib Xarici tibbi xidmətlərə görə edilən ödənişin ƏDV-dən azad edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
Biznes
24 Yanvar , 2017 15:46
Vergilər Nazirliyi: Tibbi xidmətlər ƏDV-dən azad edilməyib

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanda bu ildən ƏDV-dən azad olunan əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsi ilə müəyyən edilir. Həmin maddədə tibb xidmətlərinin ƏDV-dən azad edilməsi göstərilməyib.

Bunu “Report”un sorğusuna cavab olaraq Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildiriblər. 

Qurumun açıqlamasında deyilir ki, xarici tibbi xidmətlərə görə edilən ödənişin ƏDV-dən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Vergi Məcəlləsinin 106.1.5-ci maddəsində edilmiş dəyişikliyə görə, icbari tibbi sığorta, səhiyyə (tibb) xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun mənfəəti müddətsiz olaraq mənfəət vergisindən azad edilib”.

Son xəbərlər

Orphus sistemi