Yuxarı
    Bağlamaq

    ​Vergilər Nazirliyi “Avesta Konserni”nin nazirliyi məhkəməyə verməsinə münasibət bildirib

    “Şirkət ona hesablanmış torpaq vergisini məhkəmədə mübahisələndirib”

    Bakı. 24 iyul. REPORT.AZ/ “Avesta Konserni” MMC-nin Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər vergilər departamentini məhkəməyə verməsi məsələsinə rəsmi münasibət bildirilib.

    Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumatda bildirilib ki, “Avesta Konserni” MMC ona hesablanmış torpaq vergisini məhkəmədə mübahisələndirib və hazırda məhkəmə çəkişməsi davam edir.

    Xatırladaq ki, “Avesta Konserni” MMC vergi borcunun ləğv edilməsi barədə nazirliyə və Bakı şəhər vergilər departamentinə qarşı iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycanın Ali Məhkəməsində baxılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi